Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qız cinayəti törətdikdən sonra mənzili yandırıb
13 yaşlı qız Sankt-Peterburqda anasını öldürməkdə şübhəli bilinir.
Tezadlar.az bildirir ki, bu barədə 78.ru məlumat verib.
“Dünən gecə Kovalevskaya küçəsindəki mənzildə boynundan bıçaq yarası alan bir qadının cəsədi tapılıb”, – deyə nəşr bildirib.
İlkin məlumatlara görə, qətli mərhumun qızı törədib. Cinayəti törətdikdən sonra məktəbli qız mənzili yandırıb.
Qızın özünün dediyinə görə, evə naməlum bir şəxs girib, anasını öldürüb, əlini kəsib, yanğın törədib və qaçıb.
Daha əvvəl, 31 oktyabrda, Yekaterinburqdakı meşə parkında başsız cəsədi tapılan anasını öldürdüyünü etiraf etdiyi bildirilib.
E.ŞİRİNOV