3 Dekabr 2025 / 16:56

Tovuzda istehlaka yararsız məhsullar satan mağazanın rəhbəri məsuliyyətə cəlb olunub

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları “Kənan” pərakəndə satış mağazasında saxta araqlar və yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları aşkarlayıb.

AQTA daxil olan müraciət əsasında Tovuz rayonu, Yanıqlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Əsgərov Calal Qələndər oğluna məxsus “Kənan” pərakəndə satış mağazasında plandankənar yoxlama keçirib.

Tezadlar.az xəbər verir ki,  bu barədə AQTA məlumat yayıb.

Baxış zamanı müşayiətedici sənədləri olmayan “Organic №1”, “Organic”, “Orlovskaya” əmtəə nişanlı saxta araqlar və yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları müəyyən edilib. İstehlaka yararsız qida məhsulları dərhal satışdan kənarlaşdırılıb. Qaimə, faktura və sair sənədləri mövcud olmayan araq məhsullarının satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı inzibati protokol tərtib edilərək mağaza rəhbəri məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!