5 Dekabr 2025 / 17:33

Məzuniyyətə məcburi göndəriləcəksiniz ki…

Azərbaycan Əmək Məcəlləsinə vacib dəyişiklik edilir. Tezadlar.az xatırladır ki, bu barədə Əmək Liqasının rəhbəri Sahib Məmmədov məlumat paylaşıb. Sitat: “…Nəhayət işəgötürənlər üçün baş ağrısı olan bir problem də Əmək Məcəlləsinə edilən əlavə ilə aradan qalxacaq. Əmək məzuniyyətinə getmək üçün işçi ərizə ilə müraciət etməli idi. Etməyəndə işəgötürən onu əmək məzuniyyətinə göndərə bilmirdi. Bəzi işçilər də qəsdən məzuniyyətə çıxmayıb ilin sonunda kompensasiya alırdı. Yeni dəyişikliklər qüvvəyə mindikdən sonra müəyyən olunmuş qrafik üzrə əmək məzuniyyətinə getmək üçün ərizə yazmayanları işəgötürən öz əmri ilə əmək məzuniyyətinə göndərə biləcək…”.
Odur ki, vaxtında məzuniyyətə gedin, yoxsa…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!