Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiq edilmiş səhiyyənin inkişaf strategiyasının həyata keçirilməsi ölkədə spirtli içki istehlakını 2030-cu ilə qədər adambaşına ildə 7,8 litrə endirəcək.
Tezadlar.az xəbər verir ki, bunu Rusiya səhiyyə naziri Mixail Muraşko açıqlayıb.
“Strategiyanın həyata keçirilməsi 2030-cu ilə qədər adambaşına spirtli içki istehlakını 7,8 litrə endirəcək”, – Muraşko bildirib.
O qeyd edib ki, bu məqsədə çatmaq Rusiya vətəndaşları arasında sağlam həyat tərzinin təşviqi üçün sistemli səylərin bir hissəsidir.
Bu rəqəm hazırkı səviyyə ilə müqayisədə əhəmiyyətli dərəcədə azalma deməkdir. Nazir həmçinin əlavə edib ki, həmin tarixə qədər sağlam həyat tərzi sürən rusların sayının artacağı gözlənilir.
E.ŞİRİNOV