11 Dekabr 2025 / 01:16

Nigar Köçərli Əvəz Zeynallıya dəstək istədi: “Müalicə bahalıdır”

İstanbulda jurnalist Əvəz Zeynallıya baş çəkdik. Ağır xəstədir. Müalicə bahalıdır, kimyaterapiya və analizlər üçün daim vəsait tələb olunur.
Tezadlar.az xəbər verir ki, bunu “Əli və Nino” kitab mağazaları şəbəkəsinin qurucusu Nigar Köçərli  sosial media hesabında bildirib. O, jurnalist Əvəz Zeynallıya dəstək istəyib.
“Ölkəmizdə tanınmış jurnalistidir, millətimizin mənəvi dəyərlərinə xidmət edən ziyalıdır. İndi onun dəstəyə çox böyük ehtiyacı var.
Çox xahiş edirəm, kimin ianə üçün imkanı varsa, Əvəz bəyə kömək etsin. 5 manat da, 10 manat da çox önəmlidir.
Kart 4169 7388 1844 0400 Kapital Bank AVAZ ZEYNALOV”.
Qeyd edək ki, ötən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilən “Xural” internet telekanalının rəhbəri Əvəz Zeynallı xəstəliyi səbəbindən  bu ilin aprel ayında vaxtından əvvəl azadlığa buraxılıb.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!