12 Dekabr 2025 / 01:02

DİQQƏT: Bu gün səhər saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz olmayacaq

Bu gün paytaxtın iki rayonunda qaz təchizatı dayandırılacaq.

Tezadlar.az  xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Qeyd olunub ki, təmir işləri ilə əlaqədar dekabrın 12-də saat 10:00-dan etibarən Yasamal rayonu, M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət, 7,8,9-cu Sallaqxana küçələrinin və Xətai rayonu, Ağ şəhər ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!