Professor Aida Qasımova hər bir valideyn üçün SOS siqnallı çağırış edib. Həqiqətən də indi cəmiyyətimiz, ümumiyyətlə, dünya düzəni dəyişib, fərqli olub. Tezadlar.az Professorun bu statusunu təqdim edir. Oxuyun və düşünün: “Dünən fakültəmizin daha bir gənci intihar edib. Birinci kurs tələbəsi. Səbəbi hələ məlum deyil. Bundan əvvəl də yazmışdım. Övladlarınıza “səndən adam olmaz” deməyin, onları depressiyaya salmayın.
Hər bir müəllim də tələbəyə valideyn kimi yanaşsın, dərdləri ilə maraqlansın.
İndiki tələbələr arasında xəstələr də olur. Həm fiziki, həm ruhi durumları xoşagələn deyil. İldən-ilə boy bacalaşır, gənclərimiz cılızlaşır, dərsləri qavramaq qabiliyyəti aşağı düşür. (Yaxşı ki, qohum evliliyi qadağan edildi.) Bəzi tələbələr normal qidalanmır. Aralarında Topaz və s. pisliklərə meyli olanlar da var. (Keçən il bir tələbəmiz Topaz borcuna görə intihar etdi.) Gələcəyə ümidləri çox azdır. Oxuyub yaxşı iş tapacaqlarına inanmırlar. Motivasiya yoxdur. Tez-tez “ehh” deyirlər. Məncə, verilişlər də hazırlansın, intihara meylli insanlara müraciət edilsin, onlara “özünü bu gün öldürmə” desinlər.
“Özünü bu gün öldürmə!” Keçən il oxuduğum bir kitab bu sözlərlə başlayırdı…”.