12 Dekabr 2025 / 12:30

Bu il Azərbaycana idxal edilən diri qoyunların qiyməti bahalaşıb

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 31 milyon 417 min dollar dəyərində 288 min 831 baş diri qoyun idxal edilib.

Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal edilən bir baş qoyunun orta idxal qiyməti 108,8 dollar (təxminən 185 manat) təşkil edib.

Tezadlar.az   Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  2024-cü ilin eyni dövründə isə bu rəqəm 95,9 dollar (təxminən 163 manat) idi. Bu da illik müqayisədə 12,9 dollar (22 manat) və ya 13,4% bahalaşma deməkdir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!