15 Dekabr 2025 / 12:52

Şagird müəllimə bıçaqla xəsarət yetirib

Sankt-Peterburqda məktəbli oğlanın müəllimə hücum etməsi ilə bağlı məlumatlar araşdırılır.

“Krasnoqvardeyski Rayon Prokurorluğu təhsil müəssisəsində yetkinlik yaşına çatmayan şəxslə baş verən hadisənin bütün hallarını müəyyən edir”, – deyə idarədən bildirilib.

Tezadlar.az xəbər verir ki, “112” Telegram kanalına istinadən ilkin məlumatlara görə, 15 yaşlı şagird müəllimə bıçaqla xəsarət yetirib. Zərərçəkən kəsik-kəsik xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!