Həftə sonu Daxili İşlər Nazirliyinin əməkdaşlarının səyi nəticəsində daha 14 nəfərin tapılması təmin olunub.
Tezadlar.az – a DİN-dən verilən məlumata görə, dekabrın 13-də və 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.