Tezadlar.az Ağdaşda ailəsini dolandırmaq məqsədilə corab satan Vətən Müharibəsinin veteranı Vüqar Hüseynov barədə sabiq deputat Çingiz Qənizadənin açıqlamasını yaymışdı… V.Hüseynovdan az əvvəl cavab gəldi. Sitat: “Mən, Qazi Vüqar Hüseynov, Milli Məclisin sabiq deputatı
Chingiz Qanizade Facebook sosial şəbəkəsində mənim haqqımda yazdığı fikirlərə cavab vermək istəyirəm. Bildirmək istəyirəm ki, çarəsiz vəziyyətdə qaldığım üçün küçədə corab satmaq məcburiyyətində olmuşam ki, iki körpə balam ac qalmasın. Bu, mənim üçün utanc yox, zərurət idi.
Təəssüf ki, Milli Məclisin deputatı Çingiz Qənizadə mənim haqqımda xoşagəlməz ifadələr işlədərək, “qaraçı” adlandıraraq, cəmiyyət qarşısında yanlış təqdim etməyə çalışır. Mən bəzi məmur övladları kimi döyüş zamanı qaçıb gizlənməmişəm. Vətən çətin gündə olanda meydanda olmuşam.
Bu gün isə haqqım olan sosial yardımı istədiyim üçün təhqir olunuram. Mənim tələblərim heç bir şou məqsədli deyil bu, sadəcə iki körpə uşağın yaşamaq haqqıdır. Cəmiyyətin diqqətinə çatdırıram ki, bu məsələdə haqsızlıqla üz-üzəyəm və hər kəs öz vicdanı qarşısında məsuliyyət daşıyır.