18 Dekabr 2025 / 16:08

Mehriban Xanlarova niyə Narkoloji Mərkəzdə analiz verib? -VİDEO

Ötən gün Əməkdar artist Mehriban Xanlarova Respublika Narkoloji Mərkəzinə və Psixi Sağlamlıq Mərkəzinə getməsi barədə video yayımlamışdı.

Sonradan onun Mərkəzə yerləşdirildiyi barədə xəbərlər yayıldı.

Mehriban Xanlarov yayılan məlumatlara sosial media hesabında paylaşdığı videoda aydınlıq gətirib.

Tezadlar.az  məlumatına görə, aktrisa çıxan xəbərləri təkzib edib. O, evindən paylaşım edərək bunları deyib:

“Məni heç kim Narkoloji Dispanserə yerləşdirməyib. Evdəyəm. Ora bilirsiniz niyə getdim? Çünki mənim düşmənlərim nəsə deyəndə alnım açıq olsun. Sabah analizlərin nəticəsini də paylaşacağam”.

Xatırladaq ki, M.Xanlarova bir müddət əvvəl Akademik Milli Dram Teatrındakı fəaliyyətinə son qoyub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!