Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın “Sarpi” və Poti Sənaye Zonasındakı gömrük buraxılış məntəqələrində sərhəd-karantin nəzarət prosedurları zamanı 50 487 kq dondurulmuş toyuq əti ilə yüklənmiş nəqliyyat vasitəsi saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Yoxlama zamanı məhsulun daşınma şəraitinin kobud şəkildə pozulduğu və mikrobioloji çirklənməyə məruz qaldığı müəyyən edilib. Gəlirlər Xidmətinin məlumatına görə, məhsul 2019-cu il 20 sentyabr tarixli, 463 saylı Nazirlər Kabineti qərarına əsasən ixrac olunan ölkəyə geri göndərilib.
Azərbaycan QTA da belə hallara qarşı mübarizə aparır. Lakin təəssüflər olsun, belə yararsız məhsullar yenə də əyri yollarla istehlaka gedib çıxır.