Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Dekabr 2025 / 20:59

Quzu əti idxalının əsas payı Monqolustana məxsusdur

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 465,6 milyon ABŞ dolları dəyərində 114,7 ton quzu əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib.

Tezadlar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,1 dəfə, kəmiyyət olaraq 5,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Monqolustandan 458,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,7 dəfə çox) 114,5 ton (+5,7 dəfə), Yeni Zelandiyadan 3,9 min ABŞ dolları dəyərində (-61 %) 0,1 ton (-67 %), Belçikadan 2 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 0,06 ton (+20 %) və Avstraliyadan 1,6 min ABŞ dolları dəyərində (+26 dəfə) 0,03 ton (+3 dəfə) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 103 ton quzu ətinin 54 %-i Monqolustanın payına düşüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!