7 Yanvar 2026 / 15:56

DİN sözçüsü: Xaricidə iş və ali təhsillə bağlı saxta onlayn təkliflərə aldanmayın

DİQQƏT: Reklam deyil, təhlükə siqnalıdır
*** 
Tələsik qərar verməyin…  Xarici ölkələrdə yüksək məvacibli iş və müxtəlif ali təhsil müəssisələrində təhsillə bağlı saxta onlayn təkliflərə aldanmayın…
Tezadlar.az  xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosiaı media hesabında bildirib.
“Sosial şəbəkələrdə xarici ölkələrdə yüksək məvacibli iş və nüfuzlu ali təhsil müəssisələrində təhsil adı altında saxta elanlar yayılır. Araşdırmalar göstərir ki, bu cür “cəlbedici” təkliflərə aldanan vətəndaşlarımız:
 xaricə səfər etdikdən sonra pasportlarından məhrum edilir, məcburi əməyə və ya cinsi istismara məruz qalır, bəzən isə istismar vəziyyətinə salınırlar.
Unutmayın ki, yüksək maaş və tez viza vədi hər zaman real fürsət demək deyil. Məlumatlı olun, rəsmi mənbələri yoxlayın, tələsik qərar verməyin.
İnsan alveri haqqında məlumatlı ol, qurbana çevrilmə…”, – deyə  qeyd edib.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!