Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Alman qapıçı Mark Andre ter Ştegen “Barselona” klubundan ayrılıb.
Tezadlar.az-ın məlumatına görə, klubun rəsmi mətbuat xidməti bu qərarı təsdiqləyib. Bildirilib ki, Ter Ştegen mövsümün sonuna qədər “Jirona” klubuna icarəyə verilib və futbolçu 2026-cı il iyunun 30-dək orada forma geyinəcək.
Qeyd edək ki, Ter Ştegen 2014-cü ildə “Borussiya Mönhenqladbax” klubundan Kataloniya təmsilçisinə transfer olunub. O, “Barselona”da 423 oyun keçirərək Viktor Valdesdən (534 oyun) sonra klub tarixində ən çox oyun keçirmiş ikinci qapıçı olub.
Alman qapıçı 11 mövsüm yarım müddətində Kataloniya klubunda altı İspaniya çempionluğu, altı Kral kuboku, bir UEFA Çempionlar Liqası, beş İspaniya Superkuboku, bir Avropa Superkuboku və bir Klublararası Dünya kuboku qazanıb.