Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Yanvar 2026 / 15:20

“Qəzetçilik ölür!”-deyib sevinənlərə: nəyə sevinirsiz – yox olan arxivlərimizə?!

“Azərbaycan” qəzetinin sabiq baş redaktoru Mehman Cavadoğlu APA-ya müsahibəsində deyib ki, “Qəzetçilik yavaş-yavaş tarixə qovuşur”.
Yox, elə deyil. Sayt işlədənlərə bu vəziyyət ləzzət edir deyə, sevinərək yazırlar. Amma xəbərləri yoxdur ki, yaydıqları xəbərləri Markın bir barmağından asılıdır, bir saniyədə bütün arxiv yox olandır! Qəzet isə əbədi arxivdir! Mən də sayt işlədirəm, amma Azərbaycanın keçmişi naminə qəzetçiliyi, əsl qəzetçiliyi dəstəkləyirəm.
Baxın, bəzən 150 il əvvəlin xronikasına, yəni ab-havasına nəzər yetirəndə “Əkinçi” qəzetinin solmuş vərəqlərini arayırıq… Təsəvvür edin, indiki elektron əsrinin 10-20-30-50… ilindən sonra bu günümüzdən nə tapıb təhlil edəcəyik?
Problem ondadır ki, bəli, o qəzetçilik ki, hazırda bizdədir, çoxdan bağlanmalı idi. Rəsmi kanalların xəbərlərini çap edib dövlətin yardımlarını maklaturaya sərf etmək qəzetçilik deyil! Biz qəzetçiliyi öldürdük, məhv etdik! Vaxt vardı, qrammatik yazı-pozunu qəzetlərdə sınaqdan çıxarıb sözü, cümləni necə yazmağı öyrənərdik… Təəssüflər!
SONDA: yox, qəzetçilik tarixə qovuşmur, bizdə qovuşdururlar… Ən azı kənar ölkələrə baxın, ABŞ-a, Avropa ölkələrinə… Heç bir ölkə, hətta süni intellekti yaradan, dünyaya paylayan, elektron medianı təsis edən ölkələrdə belə, əksinə, qəzetçilik dayanaqlıdır… Onlarda qəzetlər yaşayır, amma qəzet kimi yaşayır və yaşadılır…
Asif MƏRZİLİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!