Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Yanvar 2026 / 14:26

İNANILMAZ: ABŞ-DA VƏ AZƏRBAYCANDA QƏZETÇİLİYİN BU FƏRQİNİ BİLİRDİNİZ?

…Azərbaycanda milli qəzetçiliyin öz ənənəsi var və bu ənənə özünəməxsusluğu ilə fərqlənir.

Gəlirəm mətləbə: çap mediasınən tarixə qovuşmaqda olduğunu demək olar, amma bunu qəbul etmək olmaz! Bir daha təkrarlayaq, qəzet, yəni çap məhsulları(kitab, jurnal və s.) pozulmaz arxivdir, keçmişimizin gələcəyə informasiya-məlumat daşıyıcısıdır. Odur ki, elektron medianın yaxşı cəhətləri çoxdur, qəbul edirik, amma arxiv baxımından təbii ki, çap mediasını əvəzləyə bilməz! Bəlkə nə zamansa pozulmaz elektron arxiv də yaradıldı, amma bu gələcəyin işidir!

«Təzadlar»ın əməkdaşı Fəxriyyə Abdulla bu dəqiqələrdə ABŞ-ın Nyu-york şəhərində qəzet satışının, yəni oxucu təmasının nə səviyyədə olduğunu araşdırıb. «Təzadlar»a fotoşəkillər göndərib. Məlum olur ki, ABŞ-da qəzet satışı bizdəki kimi xüsusi köşklərdə deyil, demək olar əksər marketlərdə xüsusi vitrinlərdə qoyulub satılır.

F.Abdulla deyir ki, qəzet satışı olan marketlərdə, xidmət sahələrində satıcılarla söhbətində bir daha yəqinləşdirib ki, ABŞ-da elektron media öz işindədir, amma qəzetlərin tirajında və satışında problemli nəsə yoxdur. Yəni, ABŞ-da bizdəki kimi qəzetlərə arxivə gömülən media kimi deyil, çap ənənəsini və informasiya mənbəyini saxlayan, qoruyan mətbuat kimi baxırlar, sevirlər və oxuyurlar…Sübut üçün fotoları təqdim edirik:

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!