3 Fevral 2026 / 12:22

Trampdan inanılmaz şərt: “Hindistan Rusiyadan neft almayacaq!”

Ötən gün ABŞ Prezidenti Donald Tramp və Hindistan Baş naziri Narendra Modi səhər telefon danışığında ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb. Sitat: “Biz bir çox məsələlər haqqında danışdıq, o cümlədən ticarət və Rusiya-Ukrayna müharibəsinin dayandırılması haqqında. Modi Rusiya neftini almamağa və ABŞ-dən eləcə də potensial olaraq Venesueladan daha çox neft almağa razılaşıb. Bu, elə indi də baş verən, minlərlə insanın öldüyü Ukraynadakı müharibəni dayandırmağa kömək edəcək!”.

Xatırladaq ki, Hindistan Rusiya neftinin ən sərfəli alıcılarından biri idi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!