Əsas məzmuna keç

İran: ABŞ dünən gecə Qeşm adasındakı hədəflərə hücum etdi

İranın cənubundakı Hörmüzqan əyalətinin qubernator müavini Əhməd Nəfisi ABŞ-nin gecə ərzində Hörmüz boğazı yaxınlığındakı Qeşm adasındakı hədəflərə hücumlar başlatdığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, yarı-rəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, Nəfisi Qeşm adasına edilən hücumlarla bağlı məlumat verib.

Nəfisi bildirib ki, “ABŞ dünən gecə Qeşm adasındakı hədəflərə hücum edib. Hücumlarda vacib infrastruktur zədələnməyib”.

O, əlavə edib ki, Qeşm adasındakı vəziyyət nəzarət altındadır və təcili yardım və bələdiyyə xidmətləri üçün hazırlıq vəziyyətindədirlər.

İranın rəsmi xəbər agentliyi IRNA əvvəllər gecə ərzində Hörmüz boğazı yaxınlığındakı Qeşm adasında dörd partlayış səsi eşitdiyini bildirmişdi.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…