…Maraqlı zəmanədir! İki gün əvvəl tanınmış naşir Şahbaz Xuduoğlu ona Biləsuvarda hinduşka adı altında şişirdilmiş broyler toyuğunun satılmasından yazmışdı… Tezadlar.az bu barədə xəbər də paylaşmışdı. Bu gün Ş.Xuduoğlu belə bir maraqlı status paylaşıb: “Bir neçə gün əvvəl yolüstü Biləsuvar körpüsünü keçib Salyan istiqamətində yolun kənarında hinduşka və qaz adı ilə quş satılması ilə bağlı paylaşım etmişdim. Qeyd etmişdim ki, aldığım quşlar sonradan hinduşka və qaz deyil, sadəcə, toyuq çıxmışdı.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə maraqlandı, yerində baxış keçirdi və mənim qeyd etdiyim fakt təsdiq olundu.
Bir daha xatırladıram: Yolüstü, xüsusən də Biləsuvar–Salyan istiqamətində yol kənarında “hinduşka”, “qaz” adı ilə satılan quşlara qarşı diqqətli olun. Tələskənlikdən və insanlara dəstək niyyətindən istifadə edərək adamı aldadırlar. Maşını saxlayıb oradan quş almağınız məsləhət deyil. Məni qınadılar ki, niyə quşu toyuqdan ayıra bilmədim. Doğrusu heç zaman inana bilmızdim ki, bəzi insanlarımız zəhərli qida satmaq həddində murdar və fırıldaqçı ola bilərlər. Qida təhlükısizlik Agentliyi bu toyuğu yeməməyi məsləhət gördü. Mən də heyvanlar üçün zooparka göndərim…”.
Yaxşı olardı ki, AQTA yerində, yəni Biləsuvar-Salyan ərazisində toyuğu hinduşka adı ilə satıb istehlakçıları aldadan o nadürüstləri də həbsxanaya göndərtdirəydi. Buna Azərbaycan CM də əsas verir…
A.Məmmədli