“Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram, onlarla heç bir ədavətimiz olmayıb”.
Bunu dünən Ağcabədi rayonunun Aşağı Avşar kəndində 7 yaşlı oğlu bıçaqlanan Rəşad Bəşirov mediaya bildirib. O, hadisənin nədən baş verdiyini bilmir: “Vuran uşağın ailəsi çox gözəl ailədir. Uşağın dayısı ilə də dost olmuşam, pisliklərini görməmişəm. Oğlum dedi ki, ata, məni qırağa – öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa. Öz evlərinə tərəf getmədi…”
R.Bəşirovun 4 övladı var və rayonun kommunal idarəsində işləyir.







