Əsas məzmuna keç

Ata oğlunu bıçaqlayan uşağın ailəsini tanıyır…

“Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram, onlarla heç bir ədavətimiz olmayıb”.

Bunu dünən Ağcabədi rayonunun Aşağı Avşar kəndində 7 yaşlı oğlu bıçaqlanan Rəşad Bəşirov mediaya bildirib. O, hadisənin nədən baş verdiyini  bilmir: “Vuran uşağın ailəsi çox gözəl ailədir. Uşağın dayısı ilə də dost olmuşam, pisliklərini görməmişəm. Oğlum dedi ki, ata, məni qırağa – öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa. Öz evlərinə tərəf getmədi…”

R.Bəşirovun 4 övladı var və rayonun kommunal idarəsində işləyir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…