6 Fevral 2026 / 11:47

Baş nazir Texniki Universitetdə ixtisas seçimi ilə bağlı vəziyyəti tənqid etdi

Azərbaycanda da dəfələrlə bildirilib ki, hazırda abituriyentlərin tələbə olmaq qərarına maneçilik törədən səbəblərdən biri də lazımlı ixtisaslara qəbul sayının azlığı, lazım olmayan ixtisaslara isə(sonradan məzunlar iş tapa bilmir) qəbul sayının çoxluğu mövcuddur. DİM isə bu saylara korrektədə tələsmir, plan yerlərinə dəyişiklik olunmur və s.

Beləliklə, qonşu Gürcüstanda isə fərqli mənzərə var: Baş nazir İrakli Kobaxidze bildirib ki, Gürcüstan Texniki Universitetində texniki istiqamət ikinci plana keçib və bu vəziyyət dəyişdirilməlidir. Tezadlar.az ölkə mediasına istinadla bildirir ki, Baş nazirin sözlərinə görə, Gürcüstan Politexnik İnstitutu vaxtilə Tbilisi Dövlət Universitetinin tərkibində, bir fakültə kimi yaradılıb və bu model yenidən bərpa olunmalıdır. Baş nazir qeyd edib ki, hazırda universitetdə texniki ixtisasların payı cəmi 43 faiz təşkil edir, qalan 57 faiz isə hüquq, iqtisadiyyat, aqrar və texniki sahələrlə əlaqəsi olmayan digər ixtisaslara aiddir. İrakli Kobaxidze vurğulayıb ki, bu statistika texniki istiqamətin universitetdə kənarlaşdırıldığını açıq şəkildə göstərir. Onun sözlərinə görə, ali təhsil müəssisəsi İvane Cavaxişvilinin ilkin konsepsiyasına uyğun şəkildə yenidən formalaşdırılmalıdır.

 Baş nazir əlavə edib ki, İvane Cavaxişvili vaxtilə universitetin inkişafı ilə tam şəkildə məşğul ola bilməyib, çünki bolşeviklər tərəfindən təyin olunmuş rektorlar onu Tbilisi Dövlət Universitetinin rektoru vəzifəsindən kənarlaşdırıblar və bundan sonra idarəetmədə ciddi qarışıqlıq yaranıb. Hökumətin məqsədinin isə Tbilisi Dövlət Universitetini Cavaxişvilinin təsis etdiyi dövrdəki əsas prinsiplər əsasında bərpa etmək olduğunu bildirib.

İnanırıq ki, Azərbaycanda da bu sahədə korrektərələr həyata keçiriləcək.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!