Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…İstintaq gedirsə, media hər deyiləni yaymamalıdır… Mediada isə gah direktorun, gah təsisçinin, gah şagirdin… dedikləri tirajlanır.
“Təzadlar”ın baş redaktoru Asif Mərzili bununla bağlı mövqeyini açıqladı: “…Hesab edirəm, məsul qurumlar mediaya müraciət edərək “İdrak” məsələsində hər adamın dediyini yaymamağı tövsiyə və hətta tələb etməlidir. Məsələn, şagirdi dindirilər, silahın növünün AKM olduğunu deyib… Başqa bir mediada tüfəng yazılır… Qanunvericilikdə də bildirilir ki, istintaq sirrinə aid məsələlər ictimailəşdirilməməlidir. Hazırda məlum hadisə ilə bağlı istintaq gedir… Günahkarlar gələcəkdə məsuliyyətdən yayınmaq üçün bunu sübut növü kimi tutalqa edə bilər… İstintaq təcrübəsində də və qanunda da yazılır ki, media istintaq sirri sayılacaq məlumatı yaymamalıdır… Söhbət peşəkar mediadan gedir… Hamı hər şeyi deyə bilər, amma media yaymamalıdır…”.
Həmsöhbətimiz “Bizə də çox şey danışıblar, deyirlər, amma rəsmi qurumların şərhi-açıqlaması olmadan istintaqa aid məsələlərdə tələsmirik, yaymırıq…”, – deyə Asif Mərzili bildirdi.
ELBAR