Taylandın paytaxtı Banqkokda neft anbarında güclü partlayış baş verib. Obyektdən qalxan qatı tüstü səmanı bürüyüb. Ərazidəki sakinlərə təxliyə olunmaları barədə xəbərdarlıq edilib.
Tezadlar.az xəbər verir ki, səbəbi hələlik məlum olmayan partlayış yerli vaxtla təxminən saat 14:50-də Banqkokun şərqində yerləşən neft anbarında baş verib.
Partlayışdan sonra neft emalı zavodunda yanğın baş verib. Alov və qatı qara tüstü geniş əraziyə yayılıb.
Yerli hakimiyyət orqanları təhlükəsizlik səbəbi ilə obyektin yaxınlığında yaşayan sakinləri dərhal ərazini tərk etməyə çağırıb.
İlkin məlumatlara görə, 7 nəfər yaralanıb, onlardan 4-ü ağır vəziyyətdədir.
ELBAR







