8 Fevral 2026 / 10:09

Sumqayıt sakinləri bu elektrik qatarından ona görə narazıdırlar ki…- GÜLMƏLİ VƏZİYYƏT

Əhalinin rahat gediş- gəlişinin təmin edilməsində, eləcə də cəmi iki giriş- çıxışı olan Bakıda tıxacın azaldılmasında elektrik qatarlarının rolu böyükdür. Xüsusən də Sumqayıta gedən və ya Sumqayıtdan Bakıya gələnlər üçün bu olduqca vacibdir. Və hər gün saatlarla yollarda- tıxaclarda qalanların bu ciddi qayğıdan azad olunması üçün Bakı- Sumqayıt qatarının fasiləsiz, az intervallı hərəkəti xüsusi əhəmiyyət daşıyır. Amma real vəziyyət ürəkaçan deyil. Budur, Sumqayıt sakini Rasim Aslan özünün sosial platformaslnda real vəziyyəti belə şərh edir: “…Dünyanın heç bir yerində belə bir hərəkət cədvəl ola bilməz. Bazar günü elektrik qatarı Sumqayıtdan 10:10-dan sonra bir də 16:40-da çıxır. Yəni günorta saatlarında mərkəzə getmək istəyən adam məcburdur avtobusa minib 20 Yanvara, oradan da başqa bir vasitə ilə mərkəzə getsin. Özü də həftəsonudur, insanlar elə ən çox günorta harasa gedir…”.

Doğrudanmı qatarın gündə iki dəfə deyil, ən azı saatdabir paytaxt istiqamətində hərəkəti mümkün deyil? Belə olarsa, həm bu tip qatarların gəlirliyi artar, həm də insanların tıxac, yollarda süni vaxt itkisi dərdinə çarə tapılar.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!