Əsas məzmuna keç

MİNİFUTBOL ÜZRƏ NÖVBƏTİ AVROPA ÇEMPİONATI AZƏRBAYCANDA KEÇİRİLƏ BİLƏR

Minifutbol üzrə 2024-cü ilə Avropa çempionatı Azərbaycanda keçirilə bilər.

Bu barədə milli komandanın baş məşqçisi Elşad Quliyev açıqlama verib.

O bildirib ki, artıq bu məsələ ilə bağlı rəsmi müraciət olunub: “Hələ Avropa çempionatından öncə təklifimizi irəli sürmüşük. Növbəti turniri Azərbaycana salmaq fikirləri var idi. Amma yeganə namizəd bizim ölkə deyil”.

Mütəxəssisin sözlərinə görə, 2024-cü il Avropa çempionatı Bakıda təşkil edilsə, yaxşı olar: “Azarkeşlərimiz orada necə səviyyəli futbolçuların çıxış etdiyini görərdi. Biz verilsə, sevinərdim. Çox möhtəşəm turnirdir”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…