KOMENDANTIN YALAN ELANLARI!
Hörmətli dostlar, I Jurnalist binasının komendantı, Sevil Yusifova adlı qadın Votsapda “Elanlar” səhifəsi açıb, binanın 153 ailəsini (məndən başqa) ora məcburi qoşub, yalan elanlarla, şəxsən mənə şər-böhtan atmaqla məşğuldur. Bu yalanların bir-neçəsini sizin diqqətinizə çatdırmaq istəyirəm.
Deməli, komendant elan edir ki, guya mən Jurnalist binasında daimi yaşadığım 7-8 ildə bir dəfə də kommunal ödəniş etməmişəm və xanıma 3 min manatdan çox pul borcluyam. Əvvəla, binanın hazırkı komendantı Mətbuat Agentliyinin nə hüquqi, nə də fiziki varisidir, yəni bizim Mətbuat Agentliyinə olan borclarımızın komendanta heç bir dəxli yoxdur. Agentlik Jurnalist binalarından könüllü imtina edib və bütün proseslərə xitam verilib.
Sonra, mən Sevil Yusifova binanın komendantı postunu zəbt edənə qədər (adam seçkiləri saxtalaşdırıb, I binada 154 ailə yaşayır, amma onu 20-25 adam seçib), aylıq ödənişləri etmişəm və aşağıda qəbzləri sizə təqdim edirəm. Hamısını tapmadım, amma aşağıdakı çəkildə 10-dan çox qəbz var. Qəbzlərin hər biri 200-300 manatlıqdır, içində 130, 100 manatlşq da var. Yəni, mən ildə 1-2 dəfə ödəniş etmişəm, amma bütün ayları vermişəm. Bu qəbzlərdə 2 mindən yuxarı pul var.
Hörmətli dostlar, buyurun baxın və Sevil adlı komendantın mənim haqqımda yaydığı yalan və böhtanlarla tanış olun. Bir də təkrar edirəm, mən saxta seçilmiş komendanta hesabat verməyə borclu deyiləm, amma dostlara, qonşulara hesabat verirəm…