10 Fevral 2026 / 14:10

“Avropa bürokratları getdikcə Rusiya ilə birbaşa dialoqa başlamaq barədə danışırlar”

“Avropa bürokratiyası ikili standartlar nümayiş etdirir”. Tezadlar.az xəbər verir ki, bu sözləri baş nazir İrakli Kobaxidze jurnalistlərə müsahibəsində deyib. Baş nazirin sözlərinə görə, Avropa rəsmiləri Rusiya ilə birbaşa dialoqun zəruriliyi barədə açıq danışmağa başlayıblar, halbuki indiyədək Gürcüstanla birbaşa dialoq bərpa olunmayıb. Kobaxidze qeyd edib ki, bunun səbəbi kimi Gürcüstanın “prorus və ya rusyönlü hakimiyyətə malik ölkə” kimi təqdim edilməsi göstərilir. O bildirib ki, bu yanaşma Avropa bürokratiyasında standartların nə dərəcədə zəiflədiyini göstərir.

Kobaxidze ümid etdiyini ifadə edib ki, Rusiya ilə birbaşa dialoq bərpa olunduqdan sonra Gürcüstanla da birbaşa dialoqun yenidən qurulması mümkün olacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!