14 Fevral 2026 / 08:35

8 may Milli Şərab Günü elan edildi-MARAQLIDIR

Gürcüstan hökumətinin qərarına əsasən, 8 may ölkədə bundan sonra Milli Şərab Günü kimi qeyd olunacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Nazirliyin bildirdiyinə görə, UNESCO tərəfindən dünya qeyri-maddi mədəni irs nümunəsi kimi tanınan, gürcü ənənəvi üsulu ilə küpədə hazırlanan şərab yaz fəslində formalaşır. Qeyd olunur ki, “Gürcü üzümçülüyü və şərabçılıq mədəniyyətinin elmi tədqiqi və populyarlaşdırılması” dövlət proqramı çərçivəsində aparılan uzunmüddətli araşdırmalar Gürcüstan ərazisində şərabçılıq ənənəsinin təxminən 8 min il əvvələ dayandığını göstərib və bu ənənə bu günədək fasiləsiz davam edir. Məlumata əsasən, Gürcüstanın şərabın vətəni olduğunu təsdiqləyən tədqiqat layihəsi çərçivəsində arxeoloji qazıntılara da məhz may ayında start verilib.
Beləliklə, 8 min illik tarixə malik gürcü şərabının milli günü hər il 8 may tarixində qeyd olunacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!