Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu gün səhər saatlarında “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızması faktı qeydə alınıb.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, əraziyə agentliyin əməkdaşları cəlb olunub.
Araşdırma zamanı məlum olub ki, keçidin üzərində yerləşən yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş xətdə qəza baş verib və nəticədə su keçidə sızmağa başlayıb.
Problemin aradan qaldırılması üçün aidiyyəti üzrə məlumat verilib.