Əsas məzmuna keç

PAYTAXTIN MƏRKƏZİNDƏKİ PİYADA KEÇİDİNƏ NİYƏ SU SIZIB?

Bu gün səhər saatlarında “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızması faktı qeydə alınıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, əraziyə agentliyin əməkdaşları cəlb olunub.

Araşdırma zamanı məlum olub ki, keçidin üzərində yerləşən yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş xətdə qəza baş verib və nəticədə su keçidə sızmağa başlayıb.

TEZADLAR.AZ

 

 

Problemin aradan qaldırılması üçün aidiyyəti üzrə məlumat verilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…