Nizami Rayon İcra Hakimiyyəti hansı haqla vətəndaşın qanuni əmlakını sökdürür?-ŞİKAYƏT
Mülkiyyətin toxunulmazlıq qanunundan rayon rəhbərliyinin xəbəri varmı?
Bu yaxınlarda Bakı şəhəri, Nizami Rayonu M.X. Şərifli küçəsi, 102 saylı binanın həyətində, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyevin imzası ilə qəbul edilmiş qərarla məxsus 2 ədəd, biri daşdan digəri isə dəmir konstruksiya ilə olmaqla, vətəndaş Klenina Tatyana Vladimirovnaya məxsus əmlakı (qarajı) barbar qaydaları ilə, məhəlləyə hücum edib qarajı söküblər. Xanımın əmlakına təcavüz edən şəxslərin 34 saylı MKİS-in rəhbəri və əməkdaşları olduqları söylənilir. Mülkü sökərkən “mənə göstərişi verən şəxs icra başçısı Coşqun Cəbrayılovdur ” deyən 34 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS-in) rəisi və onun əməkdaşları Q.Hüseynov etdiyi qanunsuzluğa görə cavabını mütləq alacaq. Buna kiminsə şübhəsi olmasın. Ancaq mən bu ölkədə yaşayan bir şəxs kimi bilirəm ki, bu tip qanunsuz qərarları hər hansı “JEK” rəisi verə bilməz.
Paylaşdığım şəkildən də gördüyünüz üzərə 34 saylı MKİS-in rəhbəri, xəbərdarlıq bildirişini qanunsuzluq etdiklərini bilə bilə, 2 cümləni belə doğru dürüst yazmadan, vətəndaş Tatyana Kleninaya məxsus əmlakının məhəllədə aparılacaq abadlıq işlərinin sökülməsi ilə əlaqədar qanunsuz olaraq söküblər və bunun qarşılığında heç bir kompensasiya belə verməyiblər.
n
Bildirişdə göstərilir ki, 10.01.2026 tarixinədək abadlıq işləri ilə əlaqədar söküntü işləri həyata keçirəcəklər. Təyin olunmuş müddət belə başa çatmamış 07.01.2026-da 34 saylı MKİS-in rəhbəri öz əməkdaşlarını göndərərək 102 saylı məhəllədə vətəndaş Klenina Tatyanaya məxsus qarajı ağır texnika ilə sökərək onun şəxsi mülkünə və əmlak hüququna ciddi zərər vurmuşlar. Sual olunur : Ey özünü qanundan üstün görən qanun sahibi məmur əvvəla sən hansı haqla bu bildirirşi göndərirsən? Bildirişlə şəxsin əmlakını sökmək hüququ sizə nə zamandan verilib?
Digər tərəfdən
, İcra Başçısı Coşqun Cəbrayılov və digər məsul şəxslərin öz əmlakları qanunsuz sökülsəydi onların münasibəti necə olardı? Əminəm ki, dünyanı ayağa qaldırıb, hay küy salmışlardı.
Narahat olmayın, bu dünyanın bir tərs üzü var. Həyatda hər şey bumeranqdır birgün qanunla ya da Allahın qisməti ilə öz cavabınızı alacaqsız ancaq mənim indiki tələbim qanun çərçivəsində qanuni haqqı tapdalanmış vətəndaş Klenina Tatyananın haqqının müdafiə edilməsidir.
Qeyd edim ki, qanunsuz söküntü zamanı vətəndaş Tatyana Klenina Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək , Şərifli küçəsi, 102 saylı məhəllədə bir qrup şəxsin özlərini Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları kimi özlərini təqdim edərək onlara məxsus mülkün söküntüsünü həyata keçirdiklərini, qanunsuzluğun aradan qaldırılması üçün təbii halı ilə polisdən dəstək istəyib. Həmin vaxtı məhəllədə olan mülki geyimli özünü Nizami Rayonu Polis Şöbəsinin əməkdaşı kimi təqdim edən naməlum şəxs Tatyana xanıma kobudluq edərək onun əlindən şəxsi əmlakı olan telefonunu kobud surətdə alaraq çəkiliş etməsinə icazə verməmişdir.
Məsələ abadlaşdırıb, əhalinin qayğısına qalmaqdırsa, bu qeyri etik davranışın mənası nədir?
Mülkiyyət hüququ Azərbaycan Respublikasının hər bir vətəndaşının Konstitutsion hüququdur.
Bu hüququ qorumağa dövlət qurumları mükəlləfdir. Bu qanunsuz qərarın kimi verdiyini araşdırıb ortaya çıxaracağıq amma bu qədər böyük hüquqsuzluğa kim imza atıb? İcra başçısı qanun deyil və qanundan üstün deyil. O dövlətin qərarları, qanun, sərəncam və fərmanlarını icra etməyə habelə Konstitutsiyanın bütün maddələrinin qorunmasına birbaşa məsuliyyət daşıyır.
Maraqlıdır Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşın mülkiyyət hüququnun pozulmasını sənədləşdirib bu qanunsuzluğun araşdırılması üçün Baş Prokurorluğa müraciət edəcək və vətəndaşın konstitutsion hüququnu tapdalayanlar və buna şərait yaradanlarla bağlı hüquqi ölçü götürülməsinə çalışacaqmı?
Mən buradan Bakı Şəhər İcra Hakimiyyətinin başçısına, Daxili İşlər Nazirliyinə, Baş Prokurluğa və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirəm. Bu ölkədə vətəndaş dövlət qarşıdurması yaratmağa meyillər araşdırılmalıdır. Bu təxribatın kimə kimlərə xidmət etdiyi mütləq araşdırılmalıdır.
Düşünürəm ki, bəzi yerli icra strukturlarının gördüyü işlər Prezident İlham Əliyevin apardığı islahatlarla və siyasətin ruhu ilə uyğun gəlmir. Bu hafisə birbaşa vətəndaşın ölkə rəhbərinə qarşı inamının sarsıldılmasına yönəldilib.
Rəşad Quliyev,
Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi və Əməkdaşlıq Alyansının sədri