Əsas məzmuna keç

Rusiyanın nəhəng hərbi donanma gəmisi Ukrayna dronlarına yem oldu- TƏCİLİ

…Belə başa düşmək olar ki, rəsmi Moskva sülh danışıqlarını uzatmaqla müharibədə ən son raketinə qədər döyüşməkdə israrlıdır. Amma Rusiya rəhbərliyi itirdiklərinin də fərqində olmalıdır. Mənasız və itkili müharibə kimə lazımdır?
Budur, ötən gün Rusiyanın “Korvet İvanovets” Hərbi Dəniz Donanmasına məxsus nəhəng gəmisi Ukrayna dronları ilə məhv edilib. Qara dənizdə, Donuzlavdan təxminən 12 km məsafədə, Krım yaxınlığında batan gəmini xilas etmək mümkün olmayıb. Tezadlar.az CNN- ə istinadla bildirir ki, Ukraynanın “MAGURA V5” dəniz dronları gəmiyə hücum edib, Rusiya ordusu əks tədbirlər görməkdə aciz olub, çünki müdafiə sistemləri bu dronları tuta bilmir.
Sitat: “Russian Corvette Ivanovets sunk in Black Sea, about 12 km off Donuzlav, near Crimea. Cause: by Ukrainian MAGURA V5 sea drones”.
Bu da Putinə müharibə!
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…