Xalq artisti, müğənni Brilliant Dadaşova sosial media hesabında canlı yayım zamanı maraqlı fikirlər səsləndirib. “Bu gün dünyanın meşə qanunları ilə idarə olunduğu bir vaxtda ölkəmizdə sakit şəkildə yaşayırıq. Ukrayna kimi ölkələrdə insanlar sağ qalıb yaşamasına sevinir. Əgər bu gün başımıza bomba yağmırsa, bunun dəyərini bilməliyik. Hökumət bunun üçün əlindən gələni edir”, – deyən Dadaşova bu fikirləri televiziyalar və sosial şəbəkələrdə tanınmış şəxslərin bir-birilərini təhqir etməsi fonunda səsləndirib. Sitat: “Televiziyalarımızdakı mədəniyyəti də hökumətimiz qorumalıdır? Televiziyalar buna özləri riayət etməlidir. Hər şeyi hökumətdən gözləmək olarmı? Hökumət hər şeyə baxa bilər? Meşə qanunları ilə idarə olunan, dağılan dünyada biz sakit şəkildə evimizdə oturmuşuq, baxırsan ki, televiziyada bir-birini təhqir və təhdid edirlər. Bunlar nədir? Bütün bunları dayandırmaq lazımdır”.
Məsləhətli sözə nə deyəsən?!
Səbuhi