25 Fevral 2026 / 13:35

İNANILMAZ: Azərbaycan qadınları daha çox bu ölkənin kişilərinə ərə gedir!

Azərbaycanda qarışıq ailələr, yəni digər millətlərin nümayəndələri ilə ailə həyatı qurması ənənəsinin yüz illərlə tamamlanan tarixə malikdir. Məmməd Əmin Rəsulzadədən, Zeynalabdin Tağızadədən başlayaraq ta Sovetlər dönəminədək bu ənənə davam edib, bu gün də var. Lakin Azərbaycanlı qadınların digər millətlərin kişiləri ilə ailə həyatı qurması əvvəllər az rast gəlinib. Amma bu statistika müstəqillik illərimizdə kökündən dəyişib. Xüsusən də Türkiyə vətəndaşı olan kişilərin xeyrinə. Tezadlar.az xatırladır ki, təkcə ötən il Türkiyə vətəndaşları xarici ölkə vətəndaşı olan 28 646 nəfər qadınla ailə həyatı qurublar. Onların 1948 nəfəri, yaxud 6,8%-i azərbaycanlı qadınlar olub. Bu siyahıda Azərbaycan 4-cü yeri tutub. Türkiyəli kişilərin daha çox evləndikləri xarici ölkə vətəndaşlarının siyahısında ilk 3 pilləni Suriya, Özbəkistan və Mərakeş tutub. Bundan başqa, ötən il ərzində türkiyəli qadınların 5347 nəfər xarici ölkə vətəndaşına ərə getdiyi açıqlanıb. Onların 251 nəfəri, yaxud 4,7%-i azərbaycanlı kişilər olub. Bu siyahıda isə Azərbaycan 5-ci yeri tutub. Türkiyəli qadınların daha çox ailə qurduğu xarici ölkə vətəndaşlarının siyahısında ilk pillələri Suriya, Almaniya, Əfqanıstan və Avstriya tutub.

Lakin sahə mütəxəssislərinin belə bir statistikasına və ya şərhinə rast gəlmirik ki, niyə Azərbaycanlı qadınlar türk kişilərinə daha çox ərə getməyə razıdırlar? Axı ötən illərdə çox rast gəlmişik ki, Türkiyəyə ərə gedən qadınlarımız sonradan ayrılaraq övladı ilə Azərbaycana qayıdıblar. Bu sırada tanınmışlar da var…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!