Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ankarada Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı faciəsinin qurbanlarına həsr olunmuş “Haradasınız 13-lər” kitabının türk dilində nəşrinin təqdimatı olub.
Tezadlar.az xəbər verir ki, Kitabın müəllifi, Xocalı soyqırımının canlı şahidi, yazıçı Səriyyə Müslümqızı Türkiyə bürosuna bildirib ki, “Hardasınız 13-lər” 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə əsir götürülən, taleləri hələ də məlum olmayan 13 gəncdən bəhs edir.
Qeyd edək ki, Xocalı hadisələri zamanı yazıçının anası da qətlə yetirilib, 51 yaxın qohumu isə itkin düşüb. Səriyyə Müslümqızı Xocalı və ümumilikdə, Qarabağla bağlı 27 kitabın müəllifi olaraq 15-dən çox ölkədə “Xocalıya ədalət” çağırışında iştirak edib.
“34 il ərzində, demək olar ki, hər il biz dünya ictimaiyyətindən “Xocalıya ədalət” istədik. Bu kampaniya çərçivəsində Türkiyəyə ikinci səfərimdir. İndiyədək bir film ssenarisi və iki kitabım Türkiyə türkcəsinə tərcümə edilib. Bu fəaliyyətlərə dəstək olan hər kəsə təşəkkür edirəm”, – o bildirib.