Əsas məzmuna keç

Ukrayna müharibəsi bir aya başa çatmalıdır!- ŞƏRT QOYULDU

Putinin Ukraynada apardığı mənasız müharibə dünyanın canını boğazına yığıb… Tezadlar.az Reuters- ə istinadla bildirir ki, ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenski ilə telefon danışığı zamanı da bu məsələyə diqqət ayırıb və Ukraynadakı müharibənin bir ay ərzində başa çatmasını istədiyini bildirib. Zelenski dəstəyinə görə Trampa təşəkkür edib və bildirib ki, Vladimir Putini müharibəni dayandırmağa yalnız ABŞ Prezidenti məcbur edə bilər. Sitat: “Daha sonra Zelenski müharibənin bu il bitəcəyinə ümid etdiyini deyib, Tramp isə müharibənin çox uzun çəkdiyini və onun bir ay ərzində bitməsini istədiyini bildirib”.

Artıq Rusiyada Putinin bu mənasız müharibəsindən bezənlərin etirazları da artmaqdadır. Müharibədən yayınmaqla, ölmək istəməyən rusiyalı çağırışçıların valideynləri çıxılmaz vəziyyətdədir.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…