Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Fevral 2026 / 13:48

Ramazan ayının səkkizinci gününün duası, imsak, iftar və namaz vaxtları

26 fevral tarixi Ramazan ayının səkkizinci günüdür. Tezadlar.az xəbər verir ki, Ramazan təqviminə əsasən, fevralın 26-da imsak vaxtı saat 06:10-da, iftar vaxtı isə 19:08-dədir.

Fevralın 26-na olan namaz vaxtları:

● Sübh azanı 06:21;

● Zöhr azanı 13:14;

● Məğrib azanı 19:07.

Ramazanın səkkizinci günün imsak vaxtı üçün duasını təqdim edirik: “Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.

Tərcüməsi: “İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!” İftar duası: “Allahummə la təxzulni fihi li-təərrüzi mə’siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin”. Tərcüməsi: “İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqü şəxslərin arzusunun müntəhası!” Allah oruc və digər ibadət-dualarınızı qəbul etsin!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!