26 Fevral 2026 / 14:07

55 metrlik şokolad qatar “Ginnesin Rekordlar Kitabı”na düşdü – FOTO

Maltalı şokolad ustası Endryu Farrucia dünyanın ən uzun şokolad heykəlini – qədim stildə 55,27 metr uzunluğunda  qatar yaradaraq üçüncü dəfə rekord təzələyərək “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Şokolad əsəri bir lokomotivdən və hər biri 160 kq-a qədər ağırlığında olan və tamamilə Belçika şokoladından hazırlanmış 22 vaqondan ibarətdir.

Rekord qıran təşkilatın rəsmi saytına görə, bu, Olimpiya üzgüçülük hovuzundan (50 metr) daha uzundur,

Tezadlar.az RBC-yə istinadən xəbər verir ki, Endryu Farrucia uzun illər kulinariya təcrübəsi olan istedadlı şokolad ustası olmaqla yanaşı, həm də Maltadakı Turizm Tədqiqatları İnstitutunda (ITS) kulinariya sənəti və şokolad istehsalı üzrə baş müəllimdir.

Times of Malta qəzetinin məlumatına görə, Farrucianın ağız sulandıran bu yaradıcılıq nümunəsi Malta və İtaliya kulinariya tələbələrinin köməyi ilə yaradılıb. Rekordçu heykəlin yaradılmasının uzun bir proses olduğunu bildirib. O və komandası hazırlığa bir il sərf ediblər. Əsl istehsal müddəti isə dörd ay çəkib. Ustad hər qatar komponentinin gil modellərini hazırlayıb və sonra onlar şokoladdan tökülüb. Nəhayət, bütün komponentlər böyük bir şokolad ustası komandası tərəfindən yığılıb. Şirin qatarın təxminən 5000 parçası əl ilə yonulub.

Rekord uzunluğuna görə şokoladdan hazırlanmış model qatarın daşınması çətin olduğu üçün onu Milandakı təqdimat yerinə daşımaq prosesin ən riskli hissəsi olub.

“Hər bir komponenti plastik plyonka ilə etibarlı şəkildə bükməli olduq. Amma bütün konstruksiyaların təhlükəsiz şəkildə çatdığını və heç bir komponentin zədələnmədiyini bildirməkdən məmnunam! Bu rekordla institutum, ölkəm və ailəm üçün bir miras qoymaq istədim”, – deyə son on ildə iki dəfə Ginnesin dünya rekordunu qıran şokoladçı bildirib.

şokolad qatar master

Qeyd edək ki, şokolad ustası daha əvvəl  – 2012-ci ildə Brüsseldə 34,05 metr uzunluğunda şokolad qatar modelini yaratmış və o zamanın ən uzun şokolad heykəli olub. İki il sonra, yəni 2014-cü ildə  isə dünyanın ən hündür binası olan Dubaydakı Burc Xəlifənin 13,52 metrlik şokolad versiyasını yaradıb.

Və hazırda təqdim etdiyi dadlı “qatar” isə ona üçüncü dəfər rekordunu təzələməsinə səbəb olub.

 

JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!