Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Fevral 2026 / 15:59

Azyaşlını dilənməyə məcbur edən valideyn tutuldu

Belə hallara Azərbaycanda da rast gəlinir… Və bəzən mübarizə gözlənilən nəticəni vermir, amma…

xxx

Gürcüstanın Hüquq-mühafizə orqanları azyaşlını dilənməyə məcbur edən valideynini saxlayıblar. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, 1981-ci il təvəllüdlü M.S azyaşlı övladını psixoloji təzyiq və fiziki zorakılıq hədələri ilə Tbilisinin müxtəlif ərazilərində dilənməyə məcbur edib. O, əldə olunan pulu tam şəkildə özü mənimsəyib. Məlumata əsasən, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən aparılan istintaq, o cümlədən məhkəmə qərarı əsasında həyata keçirilmiş gizli audio və video çəkilişlər nəticəsində cinayət faktı sübuta yetirilib. Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci və 3-cü hissələri ilə aparılır. Bu maddə üzrə təqsirli bilinən şəxsi 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!