28 Fevral 2026 / 21:35

İrana qarşı əməliyyatlarda İsrailin və ABŞ- ın 200-dən çox təyyarəsi iştirak edib

İrana bugünkü zərbələr İsrail Hərbi Hava Qüvvələri tarixində ən böyüyü oldu. Belə ki, əməliyyatlarda 200-dən çox təyyarə iştirak edib. Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. İsrail ordusu bildirib ki, İran ərazisində 500-ə yaxın hədəfə hücum edilib. “Müdafiə sistemlərinə edilən zərbələr İsrail Hava Qüvvələrinin İran ərazisi üzərində hava üstünlüyünü artırmağa imkan verib və İran rejiminin hücum imkanlarını – İranın qərbindəki obyektləri ciddi şəkildə zəiflədib. Zərbələrdən biri İranın qərbində – Təbrizdəki obyektə dəyib. Bu obyekt İranın “yer-yer” tipli raket bölməsi tərəfindən istifadə olunub, oradan İsrail mülki şəxslərinə onlarla raket atılacağı planlaşdırılırdı”, – açıqlamada deyilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!