Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Böyük Britaniya Ukraynadan İran hücumlarının dəf edilməsində Fars körfəzi ölkələrinə kömək etməsini istəyib.
Tezadlar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keir Starmer sosial mediada video mesajında açıqlayıb.
“Biz Ukraynadan mütəxəssislər gətirəcəyik, onlar öz mütəxəssislərimizlə birlikdə Körfəz tərəfdaşlarımıza onlara hücum edən İran dronlarını vurmağa kömək edəcəklər”, – deyə o bildirib.
Starmer vurğulayıb ki, Britaniya ABŞ-a öz bazalarından İrana qarşı əməliyyatlar üçün istifadə etməyə icazə verib, baxmayaraq ki, London özü iştirak etməyəcək.
Daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ı “qətiyyət göstərməyə” və İrana qarşı zərbələri davam etdirməyə çağırıb. “İran üçün bu dəyişiklik fürsətindən ağıllı şəkildə istifadə etmək vacibdir”, – deyə o bildirib.
E.ŞİRİNOV