Əsas məzmuna keç

Ukraynadan İran hücumlarının dəf edilməsinə kömək istənilib

Böyük Britaniya Ukraynadan İran hücumlarının dəf edilməsində Fars körfəzi ölkələrinə kömək etməsini istəyib.

Tezadlar.az xəbər verir ki, ​​bunu Böyük Britaniyanın Baş naziri Keir Starmer sosial mediada video mesajında açıqlayıb.

“Biz Ukraynadan mütəxəssislər gətirəcəyik, onlar öz mütəxəssislərimizlə birlikdə Körfəz tərəfdaşlarımıza onlara hücum edən İran dronlarını vurmağa kömək edəcəklər”, – deyə o bildirib.

Starmer vurğulayıb ki, Britaniya ABŞ-a öz bazalarından İrana qarşı əməliyyatlar üçün istifadə etməyə icazə verib, baxmayaraq ki, London özü iştirak etməyəcək.

Daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ı “qətiyyət göstərməyə” və İrana qarşı zərbələri davam etdirməyə çağırıb. “İran üçün bu dəyişiklik fürsətindən ağıllı şəkildə istifadə etmək vacibdir”, – deyə o bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…