2 Mart 2026 / 12:12

“İran ABŞ ilə heç bir danışıqlar aparmayacaq!-LARİCANİ

“Tramp bilməlidir ki, İran ABŞ ilə heç bir danışıqlar aparmayacaq!”. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə rəsmi Tehranın mövqeyini İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, Ali Xamneyinin varis seçdiyi Əli Laricani özünün “X” sosial şəbəkə üzərindən açıqlayıb. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp  “İsrail ambisiyaları naminə amerikalı əsgərləri qurban verib”. Laricani bildirib ki, Tramp “boş ümidlərlə regionu xaosa sürükləyib və indi amerikalı hərbçilər arasında itkilərin artmasından narahatdır”. Laricani vurğulayıb ki, bu gün İran xalqı özünü müdafiə edir və ölkənin silahlı qüvvələri “aqressiyaya başlamayıb”.
Hərbi əməliyyatlar davam edir…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!