Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Yaxşılıq və xeyirxahlıq heç vaxt unudulmur! Bu hadisə kimi: tezadlar.az xatırladır ki, Bakı milyonçusu Hacıağa Dadaşov güclü yağış zamanı küçədə bir qocanın oturduğunu görüb,burada nə üçün oturduğunu soruşur. Qoca evsiz olduğunu deyir. Bundan bərk təsirlənən Hacı Bilgəhdəki 12 hektarlıq ərazisi olan bağ evini qocalar evi edir.
Bakıda bir neçə uşaq evini açan Hacı bu evlərin ərzaq təminatını, təhsil xərclərini də ödəyirmiş. Ancaq heç kim bu işlərin kim tərəfindən həyata keçirildiyini bilmirmiş. Çünki Hacı öz adının bilinməsini istəmirdi. Hacının böyük oğlu Ağa Yusif bəy məscidlərə gedər, imkansız ailələrə pul paylayarmış.
Hacı öz şəxsi vəsaiti ilə Bakıda və bölgələrdə də onlarla uşaq evləri və məktəb tikdirib. Bakıdakı Nizami muzeyini də məhz Hacıağa Dadaşov tikdirib…
Yaxşılıqlar və yaxşılar heç vaxt unudulmur!