Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 Mart 2026 / 17:36

“Müharibəni lağ-lağı obyektinə çevirmişik”

Faktiki dünya müharibəsi gedir, amma dünya əhalisi bu qlobal problemə məsuliyyətsiz yanaşma nümayiş etdirir. Müharibəni lağ-lağı obyektinə çevirmişik.
Tezadlar.az  xəbər verir ki, bu sözləri  Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov özünün sosial media hesabında bildirib.
Sahib Məmmədov qonşu İrandakı vəziyyəti ciddiyə almayanları tənqid edib:
” Süni inntellektlə müharibə səhnələrini yumora çeviririk. Rejimlər cəhənnəm olsun, qlobal güclərin başnda duranların eqoları da gözlərinə girsin, amma bu gün yüz milyonlarla insanlar faciə yaşayır, fəlakət içərisidədir, uşaqlar məhv edilir. Məncə, bu özbaşınalığa təbiət özü cavab verəcək.
Yellovston vulkanının növbəti oyanma vaxtı 40 000 il bundan əvvəl olmalı idi. Yəqin ki, lap az qalıb. Onun oyanışı (Yaxud İndoneziyadakı vulkanın) qiyamət günü demək olacaq.
Planetimizin yenilənmə (Refresh) vaxtı çatıb. İnsan növ olaraq təkamülünü başa vurub, sıradan çıxma ərəfəsindədir”.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!