Əsas məzmuna keç

“Nyukasl”la oyunda zədələnən futbolçu əməliyyat edildi

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.

Tezadlar.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.
B.Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…