Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 Mart 2026 / 21:56

Ramin Məmmədov Türkiyədə səfərdədir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Tezadlar.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, məqsəd azərbaycanlıların sıx məskunlaşdığı ərazilərdə təşkil ediləcək iftar mərasimlərində iştirakdır.

Səfər çərçivəsində komitə və tabeliyindəki qurumların rəhbərliyi, o cümlədən Azərbaycanın İstanbuldakı baş konsulu İstanbul şəhərində Ulu Öndərin adını daşıyan Heydər Əliyev Parkında olublar.

Nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün parkda yerləşən abidəsi də ziyarət edilərək önünə gül dəstələri qoyulub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!